"Milyonlarla insanın həyatına son qoyan və mənimkini məhv edən adam”...
SAVASHMEDİA.az Avropa mətbuatına istinadən xəbər verir ki, bu fikir Rusiya Prezidenti Vladimir Putinin bütün dünyadan gizlətdiyi üçüncü qızı, Elizabeta Krivonoqiçə aiddir.
Bu günə qədər Vladimir Putinin Mariya və Yekaterina adlı iki qızının olduğu bilinirdi. Rusiya prezidenti özü də müsahibələrində onlardan və nəvələrindən geniş bəhs edib.
Bəs avropalıların təbirincə desək, “kölgə qız”, “kabus qız” Elizabeta Krivonoqiç kimdir?
Elizabetanın atası haqqında fikirlərinə keçmədən öncə bildirək ki, onun haqqında ilk məlumat 2020-ci ildə verilib.
Rusiya hökumətinə müxalif olan “Proyekt” nəşrinin yazdığına görə, Elizabeta Krivonoqiç 3 mart 2003-cü ildə Sankt- Peterburqda doğulub. O, Vladimir Putinin evində xadimə işləyən Svetlana Krivonoqiçdən olan qızıdır. Məlumatda bildirilib ki, Elizabeta doğulandan sonra Svetlana külli miqdarda pul qarşılığında susmağı seçib.
Elizabeta Krivonoqiç
Elizabetanın doğum şəhadətnaməsində atasının adı qeyd olunmasa da, patronimik (yəni atanın və ya babanın adından törəmiş ad) olaraq “Vladimirovna” yazılıb. Nəşr qeyd edib ki, Elizabeta Rusiyada yaşayan vaxtlarda lüks həyat sürüb. Şəxsi təyyarə ilə dünyanı gəzib, dizaynerlər tərəfindən hazırlanmış bahalı paltarlarla gecə klublarında diceylik edib. Sosial şəbəkələrin aktiv istifadəçisi olub.
Putinin hamıdan gizlətdiyi üçüncü qızı
Lakin Ukrayna müharibəsi başladıqdan sonra sirli bir şəkildə sosial şəbəkə hesabları silinib və yoxa çıxıb. Elizabetanın Rusiyadan getmədən öncə “İnstagram”dakı son paylaşımı isə belə olub:
“Çox sevdiyim Sankt-Peterburqumu son dəfə gəzə bilmirəm, sevimli yerlərimi və məkanlarımı ziyarət edə bilmirəm”...
Avropa həyatı
Elizabeta Krivonoqiçin Rusiyadan sonrakı həyatına isə Avropa mediası işıq salıb.
“Bild” nəşri Elizabeta ilə bağlı xəbəri “Kabus qız Putinlə hesabını çəkdi: Telegramda maskasını çıxardı” başlığı ilə verib. Məlumata görə, 22 yaşlı Elizabeta Fransada yaşayır. 2024-cü ilin iyununda Parisdə ICART Mədəniyyət və İncəsənət İdarəetmə Məktəbini bitirib. Luiza Rozova adından istifadə edir. Belivildəki “L Galerie” və Montereyldəki “Escape Albatros” qalereyalarında direktor işləyir. “Telegram”dakı “Art of Luiza” kanalı da ona aiddir.
Putinin xadimədən doğulmuş qızı Elizabeta
Nəşr yazır ki, Elizabetanın Rusiyadakı sosial şəbəkə paylaşımları ilə Fransadakı paylaşımları arasında kəskin fərq var. Belə ki, Rusiyada lüks həyatından paylaşımlar edən Krivonoqiç Fransada dəbdəbəli istehlakı pisləyir. Əvvəllər əyləncədən bəhs edən Elizabeta artıq ciddi kimliyə bürünüb. Müharibə və Rusiya hökuməti əleyhinə paylaşımlar edir.
Qalereyalarında Ukrayna müharibəsi əleyhinə sərgilər təşkil edir, videolar hazırlayır. Elizabeta yenidən sosial şəbəkəyə qayıtdıqdan sonra etdiyi ilk paylaşımlardan biri “Üzümü yenidən dünyaya göstərə bilməyim azadlıq deməkdir” olub. Nəşr qeyd edir ki, bu paylaşım Elizabetaya müharibə başlayandan sonra Rusiyada basqının olmasından xəbər verir.
Elizabeta atası Putinə qarşı
"Milyonlarla insanın həyatına son qoyan və mənimkini məhv edən adam”.
“Daily Mail” iddia edir ki, bu fikri Elizabeta atası Putinə həsr edib və fikrin ikinci hissəsi Elizabetanın yaşaya bilmədiyi ata-qız münasibətinin dəhşətli ifadəsidir. Elizabetanın Rusiyada yaşadığı dəbdəbəli həyat isə Putinin qızına vermədiyi sevginin və onu bütün dünya qarşısında qəbul etməməsinin qarşılığıdır.
Lakin Elizabeta atasına kinli olsa da, onu inkar da etmir. Bunu onun Nastya Rodionovaya verdiyi cavabdan da görmək olar. 2022-ci ildə müharibə başlayandan sonra Fransaya köçmüş rusiyalı yazıçı, şair, rəssam Nastya Rodionova Elizabetanın direktoru olduğu qalereyaları ilə əlaqələrini kəsərək yazıb:
"Təqsirsizlik prezumpsiyasına inanıram və uşaqların valideynlərinin cinayətlərinə görə məsuliyyət daşımadığını qəbul edirəm. Ancaq müharibənin zirvəyə yüksəldiyi bir vaxtda rejimin birinci adamının ailə üzvünün həmin rejimin qurbanları ilə üzləşməsinə icazə verməyi qəbul edə bilmirəm. Mən buna “yox” deyirəm”.
Elizabeta Krivonoqiç isə Rodionovaya “Ailəmin əməllərinə görə həqiqətənmi mən cavabdehəm?” cavabını verib...