Xətai rayonunda Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi, Bakı şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə uşaqların sevimli nağıllarından və dünya uşaq ədəbiyyatının klassik nümunələrindən biri olan "Qırmızıpapaq və Canavar" kukla tamaşası nümayiş olunub.
Tədbirdə rayon sakinləri, uşaqlar iştirak ediblər.
Maraqlı və əyləncəli səhnələr, rəngarəng dekorasiyalar və peşəkar kuklaçılar tamaşaçılara unudulmaz anlar yaşatdı. Tamaşa müxtəlif yaş kateqoriyalarına aid uşaqların, eləcə də valideynlərin böyük marağına səbəb olub.
Əsər klassik nağıl motivləri əsasında səhnələşdirilmiş, müasir teatr elementləri və vizual həllərlə zənginləşdirilərək təqdim edilib.
Səhnə əsərində Qırmızıpapaq obrazı ilə uşaqlara ehtiyatlılıq, ailə dəyərlərinə sadiqlik və xeyirxahlıq kimi mövzular aşılanmış, canavar obrazı isə təhlükə və diqqətsizliyin mümkün nəticələrini simvolizə etmişdir. Tamaşanın bədii tərtibatı və kukla ustalarının ifası xüsusi peşəkarlıqla icra olunmuş, auditoriya tərəfindən rəğbətlə qarşılanıb.
Tamaşanın əsas məqsədi uşaqlarda yaxşılıq, ehtiyatlılıq və ailə dəyərləri kimi mövzuları aşılamamaqla yanaşı, onların estetik zövqünü inkişaf etdirməkdir. Xətai rayonunda isti yay günlərində sakinlərin asudə vaxtını və istirahətini səmərəli təşkil etmək məqsədilə keçirilən bu qəbildən olan tədbirlər sakinlər tərəfindən maraqla qarşılanır.