Parklar şəhərin ümumi mənzərəsinə müsbət təsir edəcək — AÇIQLAMA

SOSİAL 06 avqust 2025, 19:13
“Köhnə tikililərin sökülməsi onların istismara yararsız olması ilə bağlıdır. Bu həm o tikililərdə yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması, həm də o tikililərin yerində salınacaq parkların şəhərin simasını daha da müasirləşdirməsi üçün atılmış addımlardır”.

Bunu Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib. 



O bildirib ki, son illərdə yaşıllıq, abadlaşdırma işlərinə daha çox önəm verilməsi çirklənən şəhər havasındakı qazların və tozların udulmasına hesablanıb:

“Həmçinin, həmin ərazilərdə yaşayan şəxslərin asudə vaxtlarını keçirməsi üçün yerlərin, əyləncə və idman məkanlarının yaradılması ilə əlaqədardır. Bütün bunlar şəhərin infrastrukturunun yenidən təşkili və vətəndaşların müasir standartlara uyğun yaşayış sahəsinə malik olması üçün atılmış addımlardır.
Yaşıl sahələr həm ekoloji baxımdan iqlimə müsbət təsir göstərir, həm istiliyin azalmasına, havanın oksigenlə zənginləşməsinə şərait yaradır. Parkların salınması şəhərin ümumi mənzərəsinə də müsbət təsirini göstərəcək”.

Vüqar Oruc son olaraq qeyd edib ki, Bakı zəlzələ cəhətdən aktiv bir zonadır və potensial bir zəlzələ anında həmin köhnə tikililər dağıla bilər, bu da insanların təhlükəsizliyinə çox ciddi problem yaradır.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top