“Ölkədə əmlakın, xüsusilə də mənzil qiymətlərinin sürətli artımını müşahidə edirik. Bu qiymət artımları ildə 50–55 faiz olmasa belə, 20-30 faiz artır. Hər bir halda böyük rəqəmlərdir”.
Bunu Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O deyib ki, burada hər hansı inzibati metodun tətbiqinə ehtiyac var:
“Yəni, inzibati metodun tətbiqi əslində mənzil tikintisinə mənfi təsir göstərə bilər. Bir tərəfdən, bu sahədə iş yerlərinin azalmasına, məşğulluq səviyyəsinin düşməsinə, mənzil təklifin azalmasına və növbəti dəfə qiymət artımına gətirib çıxara bilər. Hökumət tərəfindən birbaşa qiymət tənzimlənməsi variantı da mümkün deyil. Bu artıq iqtisadi sahədə kifayət qədər ciddi problemlərə yol aça bilər.
Ən optimal variant və ya variantlardan biri tələbin artırılması yox, əksinə, təklifin artırılmasıdır. Yəni, mənzil tikintisinin həcminin artırılması, boş torpaq sahələrinin istifadəyə verilməsi, söküntü ərazilərində müəyyən güzəştlərin tətbiqi kimi addımlar vasitəsilə müəyyən qədər qiymətləri optimallaşdırmaq olar”.
Leyla Turan
Demokrat.az