İlginc siyasi proqnoz: İlham Əliyev Nobel Sülh Mükafatını Trampdan əvvəl ala bilər

SİYASƏT 06 avqust 2025, 19:51

ABŞ Prezidenti Donald Trampa bu il Nobel Sülh Mükafatı veriləcəyi ilə bağlı müxtəlif iddialar səslənir.

Demokrat.az xəbər verir ki, mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli ilginc bir iddia ilə çıxış edərək bildirib ki, 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatı alacağını proqnozlaşdırmır.



Onun sözlərinə görə, bu mükafat Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana daha tez verilə bilər:

“Mənim hesablamalarıma görə, 2025-ci ildə Trampa Nobel Sülh Mükafatı verilməyəcək. Amma İlham Əliyev və Nikol Paşinyanın sülh müqaviləsi imzalaması ilə onlara bu mükafat verilə bilər. Çünki onlar bununla 30 illik münaqişəyə son qoymuş olacaqlar”.

Eyni zamanda, Səbuhi Rəhimli bildirib ki, avqustun 8-də Ağ Evdə Əbu-Dabidə keçirilən görüşdən artıq heç nə proqnozlaşdırmır:

“Dedilər ki, yanvar-fevral aylarında və ya martadək sülh müqaviləsi imzalanacaq. Xatırlayırsınızsa, mənim də proqnozumun biri belə idi ki, sülh müqaviləsi ilin birinci yarısında imzalanmayacaq. Artıq ilin ikinci yarısıdır və müəyyən şərait var. Bu görüşdə də sülh müqaviləsinə doğru bir addım atılacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top