Bakı-İstanbul reysi təxirə salındı

SOSİAL 06 avqust 2025, 22:51
6 avqust tarixində nəzərdə tutulan “AJET” aviaşirkətinin icra etdiyi TKJ-178 nömrəli Bakı–İstanbul (SAW) reysi texniki səbəbdən təxirə salınıb.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, təhlükəsizlik məqsədilə sərnişinlər təyyarədən endirilərək gözləmək üçün terminala yönləndirilib.

Bildirilir ki, hazırda onların aviaşirkət tərəfindən otellərə yerləşdirilməsi və digər zəruri prosedurlar həyata keçirilir.

Sözügedən reysin 7 avqust 2025-ci il tarixində həyata keçirilməsi nəzərdə tutulur.

“Heydər Əliyev Beynəlxalq Aeroportu bütün sərnişinlərə yalnız aviaşirkətin rəsmi nümayəndəliyinə və əlaqə kanallarına müraciət etməyi tövsiyə edir. Uçuşun yeni vaxtı, aviabiletlərlə bağlı dəyişikliklər və digər məsələlərlə bağlı məlumatlar birbaşa aviaşirkət tərəfindən təqdim olunur”, - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top