"Nərimanov rayonu ərazisindəki qanunsuz tikintilər sökülür və hökumət tərəfindən vətəndaşlara kompensasiya verilmir".
Bunu Demokrat.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov deyib.
Ekspert qeyd edib ki, bu tikililərin sökülməsində əsas məqsəd orada bədbəxt hadisələrin tez-tez baş verməsidir:
"Əsas məsələ vətəndaşların oradan köçürülməsi, onların həyatının təhlükəsizliyinin təmin olunması ilə bağlıdır və başqa bir çıxış yolu qalmadığına, faktiki tikililər də qanunsuz olduğuna görə, hökumət bu addımı atır".
Ekspertin sözlərinə görə, ərazi faktiki mühafizə zolağı olduğuna görə gələcəkdə amnistiya olsa belə, bu əmlaklar amnistiyaya uğramayacaqlar:
"Onlar mühafizə zolağına düşdüklərinə görə onsuz da söküləcəklər. Amma çox güman ki, hökumət bunu nəzərə alaraq indidən tədbir görür".
Qeyd edək ki, son günlər sənədsiz tikililərlə bağlı vəziyyət getdikcə daha da gərginləşir. Bu evlərin heç bir sənədi olmadığı üçün dövlətin kompensasiya verməyəcəyi müzakirə edilir.
Əfsanə Kamal
Demokrat.az