İsti havalarda işlər dayandırılmır — Dövlət qurumu niyə işə laqeyd yanaşır?

SOSİAL 06 avqust 2025, 17:02
Hər yay Azərbaycanda bir neçə həftə anormal istilər müşahidə olunur. Lakin istehsalat müəssisələrində, hətta anbarlar kimi iş prosesinin açıq havada aparıldığı iş yerlərində işə ara verilmir, yaxud iş qrafiki dəyişdirilərək gecə növbəsinə keçilmir. Bəs müvafiq qurumlar buna niyə nəzarət etmir?

Mövzu ilə bağlı Demokrat.az-a danışan hüquqşünas Tağı Hüseynov deyib ki, bu məsələlərə Əmək Müfəttişliyi nəzarət etməli olsa da, qanunla üzərlərində belə bir öhdəlik olmadığı üçün ciddi yanaşmırlar:



“Ümumiyyətlə, işçilərin iş şəraitinin araşdırılması ilə bağlı Əmək Müfəttişliyi var. Bu qurum əslində reydlər keçirməlidir və bununla bağlı hansısa qanun pozuntusu varsa, aşkar edərək işəgötürənləri cərimə etməlidir. İstəsələr, edə bilərlər. 

Sadəcə, qanunvericilikdə olmalıdır ki, Əmək Müfəttişliyinin vəzifəsidir, mütləq gedib reydlər keçirməlidir. Bir də var, öhdəlik deyil, sadəcə səlahiyyətləri var. 

Maraqları olmayandan sonra, təbii ki, bir-bir gəzib yoxlamırlar. İmperativ norma olsaydı, bütün obyektləri gəzib yoxlayardılar. Olmadığına görə, etmirlər".


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 avqust 2025, 18:59
Top