Dəbdəbəli toylar yığışdırılsın, qadağalar tətbiq olunsun! — Deputatdan TƏKLİF

SOSİAL 06 avqust 2025, 15:11
“Dəbdəbəli yas mərasimlərinin məhdudlaşdırılması həm insanların rahatlığı, həm də maddi baxımdan vacibdir. Elə yerlər var ki, 3-7 gün yas keçirilir, cümə axşamları, 40 mərasimi təşkil olunur. Bu, insanlara maddi və mənəvi zərbədir. Ona görə də hesab edirəm ki, bu cür yas mərasimlərinin yığışdırılması və buna təşəbbüs göstərilməsi önəmlidir. Biz elə adət-ənənələri saxlamalıyıq ki, onlar insanlara rahatlıq və sağlamlıq gətirsin”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib. 

O bildirib ki, həmçinin toylarla bağlı da bu cür təşəbbüslər irəli sürülməli, müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır:

“Yas və toy məclislərimiz artıq əndazəni aşıb. İnsanlar bir-birlərinə baxaraq dəbdəbəli toylar edirlər, nəticədə isə külli miqdarda ziyana düşürlər. Belə hallar yığışdırılmalıdır, məhdudiyyətlər tətbiq olunmalıdır. Toylarda elə stollar olur ki, birinin qiyməti 300 manatdır. 

Gətirib 60-70 adda qida məhsulu düzürlər – bu qədər yeməyi heç kim yeyə bilmir axı. Bu qədər israfçılıq olmaz. 

Toylardan qalan ətin, çörəyin hesabını aparsaq, yüzlərlə, minlərlə ton edir. Həmçinin toylarda elə yüksək səslə musiqilər səsləndirilir ki, bu, insanların sağlamlığına ziyan vurur. Belə dəbdəbəli tədbirləri yığışdırmaq lazımdır”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top