“Azərbaycan kimi ölkələrdə qadınlar iş və ailə həyatını paralel şəkildə aparırlar. Hər zaman istəyirik ki, qızlarımız oxusun, işləsin, iqtisadi cəhətdən asılı olmasınlar”.
Bunu Demokrat.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
O bildirib ki, cəmiyyətdə ailə və iş həyatı uzun illərdir paralel şəkildə davam edir:
“Təbii ki, bir sıra istisnalar da var. Amma ümumilikdə insanlar ailə qurmağa üstünlük verirlər. Hələ də gəlin-qaynana problemi aktual olaraq qalır. Cəmiyyətimizdə belə yanlış düşüncələr mövcuddur:
“Evləndimsə, arvadım mənim nökərimdir”, “gəlin süpürgə kimidir, harada qoydum, orada dayanmalıdır”. Bu kimi stereotipləri aradan qaldırmaq vacibdir. Ən müasir Azərbaycan qızının belə haradasa ailə qurmaq, övlad sahibi olmaq arzusu olur. Bu məsələdə artıq yaş önəmli deyil. Gəlinlik geyinmək, uşaq dünyaya gətirmək, ailə qurmaq azərbaycanlı qızların istəkləri içərisindədir”.
Leyla Turan
Demokrat.az