"İşğaldan azad olunan ərazilərdə ocaq yandırmaq qadağan edilməlidir" — TƏKLİF

GÜNDƏM 06 avqust 2025, 19:39
"Yay aylarında yanğın hadisələrin belə intensiv baş verməsi gözləniləndir. Çünki hava istidir, yanğın üçün bütün şərait var". 

Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.

O, bildirib ki, qış aylarında havanın rütubətli və nisbətən soyuq olması yanğına müəyyən qədər mane olur:

"Temperaturun 40 dərəcə yaxınlaşdığı bir dövrdə yanğın hər an baş verə bilər. Burada artıq təbiət özü yanğına kömək edib.

Səyahətə, dincəlməyə gedən vətəndaşlar çox diqqətli olmalıdırlar ki, məşədə dincələrkən yanğın baş verməsin və ətrafa yayılmasın". 

Ekspertin sözlərinə görə, yaylarında yanğınların intensivləşməsi dünyanın bir çox ölkələrində baş verir:

"Türkiyədə olan yanğınları yada salsaq görərik ki, adi bir səhvlikdən böyük meşə zolaqlarının yanıb, kül olması baş verir.
Ona görə yaşıllıq sahələrində çox diqqətli olmalıyıq. Təkcə Qarabağ ərazisində yox, xüsusilə Oğuz, Qəbələ, Şəki, Qax, Zaqatala, Lənkəran kimi meşə sıx olan regionlarda çox diqqətli olmaq lazımdır ki, yanğın halları baş verməsin".

Ekspert deyir ki, biz Qarabağa qayıtmaq üçün 30 il gözləmişik, indi hər hansı kiçik bir səhvdən yanğının baş verməsinə icazə verməməliyik:

"Xüsusilə isti olan havalarda kiminsə səhvi böyük fəlakətlərə səbəb ola bilər. Çox ciddi olmalı, ciddi yanaşmalıyıq. Həmin ərazilərdə ocaq qalamaq qəti sürətdə qadağan edilməlidir.

Qarabağ bizim üçün müqəddəs yerdir. O torpaqların qədrini bilməli və belə yanğınların baş verməməsinə çox ciddi yanaşmalıyıq".


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top