Rusiya Azərbaycana qarşı bu addımı ata bilər — ŞOK DETALLAR

GÜNDƏM 06 avqust 2025, 20:49
“Rusiyanın Azərbaycana təzyiqləri gözlənilən idi. Çünki Rusiya Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini qəbul edə bilmir və Azərbaycanın yaratdığı reallıqlar, o cümlədən Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar Rusiyanın maraqlarına zidd hesab olunur”.

Bunu Demokrat.az-a politoloq Oqtay Qasımov deyib. 



O bildirib ki, Rusiya bölgədə vəziyyəti yenidən gərginləşdirməklə öz nüfuzunu qorumaq niyyətindədir:

“Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi Rusiyanın bölgədəki nüfuzunun ciddi şəkildə zəifləməsinə səbəb olacaq. Ona görə də prosesləri gərginləşdirmək istəyirlər.

Rusiyanın xoşuna gəlməyən addımlardan biri də Azərbaycanın Avropanın etibarlı enerji tərəfdaşına çevrilməsidir. Azərbaycanın Qazaxıstan neftini və türkmən qazını Azərbaycan üzərindən Avropaya çatdırılmasını təmin etmək üçün atdığı addımlar Rusiyanın maraqlarına uyğun gəlmir. Rusiya istəyir ki, bütün bu proseslər onun nəzarətində olsun.

Rusiyadan istənilən təxribatı gözləmək mümkündür. Bunlardan biri Azərbaycan məhsullarının Rusiya bazarına çıxışını məhdudlaşdırmaq və müxtəlif bəhanələrlə bu idxalı dayandırmaqdır. Həmçinin özünün Azərbaycana satacağı mallarda müəyyən ləngimələri həyata keçirmək”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top