Atasının qətlini sifariş edən oğula hökm oxundu

KRİMİNAL 06 avqust 2025, 18:46
Atasının qətlini sifariş verməkdə təqsirləndirilən Fəqan Fərəcov, onunla birgə mühakimə olunan, tanışları İlkin Hüseynov və Fariz İsmayılovun cinayət işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Modern.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Fəqan Fərəcov 8 il, İlkin Hüseynov 8 il, Fariz İsmayılov isə 8 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fəqan Fərəcov Cinayət Məcəlləsinin 32.3 (cinayətin təşkilatçısı), 28, 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürməyə hazırlıq), 32.3, 28, 120.2.5 (sifarişlə adam öldürməyə hazırlıq) və digər maddələri, İlkin Hüseynov və Fariz İsmayılov isə həmin Məcəllənin 28, 120.2.1, 28, 120.2.5 və digər maddələri ilə ittiham edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 avqust 2025, 18:59
Top