Ucar rayonunda 36 yaşlı oğlan atasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 7-də, rayonunun kəndlərindən birində baş verib.
Kənd sakini, 1989-cu il təvəllüdlü Ruslan Xudiyev atası Adil ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bir neçə dəfə yumruq ilə atasının üzündən və baş nahiyyəsindən vurub.
Hadisəni törədən R. Xudiyevin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Bu cinayət işinə Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb. Zərərçəkmişin oğluna qarşı şikayətini geri götürdüyü, onu bağışladığı məlum olub.
Bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az