"Ümumtəhsil səviyyələrinin müddəti, bir səviyyədən digər səviyyəyə keçid qaydaları Nazirlər Kabinetinin 22 iyun 2010-cu il tarixli 115 nömrəli qərarı ilə tənzimlənir. Təhsil səviyyələrinin müddətinin dəyişməsi üçün Nazirlər Kabineti qərar verməlidir".
Bunu Demokrat.az-a açıqlamasında təhsil eksperti Elşən Qafarov deyib.
Ekspert bildirib ki, biz 12 illik təhsilə keçid edə bilmirik:
"12 illik təhsilə keçid üçün indiki beş yaşları birinci sinif etmək istəyirik və bunu da əsas gətiririk ki, dünyanın bir sıra ölkələrində təhsil beş yaşdan başlayır. Dünyanın bir sıra ölkələrində təhsil beş yaşdan başlasa da, məsələnin mahiyyəti ondan ibarətdir ki, beş yaşlı uşağa beş kiloluq çanta verib, yeddi dərslik çap edib, onu yükləmirlər".
Ekspert deyib ki, biz məktəbəqədər hazırlığı elə bərbad hala salmışıq ki, uşaqlar beş yaşından beş kiloluq çantalarla məktəbə gəlirlər:
"Bu gün biz beş yaşlıları birinci sinif eləmək istəyirik. Bununla da, formal olaraq 12 illik təhsilə keçmək mümkündür.
12 illik təhsil keçən ölkələrdə birinci təhsil səviyyəsi altı ildir və birinci üç ildə şagirdlərə hər hansı bir tapşırıq verilmir. Birinci üç ildə, 5-6-7 yaş, yəni bizim məktəbə hazırlıq dövründə olan şagirdlərə ancaq təbiətlə, ətraf aləmlə tanışlıq, ünsiyyət ictimailəşmək, sosiallaşmaq öyrədilir. Məktəb yaşı üç yaşa belə endirilsə belə, onlar üçün kitab çap edilib, çantalarına yükləyəcəklər".
Əfsanə Kamal
Demokrat.az