İmişlidə ağır qəza — 6 nəfər xəsarət aldı

HADİSƏ 05 avqust 2025, 14:09
İmişli rayonunda iki minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, bu gün saat 11:00 radələrində İmişli-Xoşçobanlı-Qaraqaşlı avtomobil yolunun Otuziki kəndi ərazisindən keçən hissəsində "Opel" və "Mercedes" markalı avtomobillər toqquşub. Hadisə zamanı xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılara dərhal tibbi yardım göstərilib, onlardan 1-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 15:37
Top