Dövlət xəstəxanaları niyə özəl müəssisələrdən geri qalır? — Deputat DANIŞDI

GÜNDƏM 05 avqust 2025, 16:26
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da səhiyyədə həm özəl, həm də dövlət sektoru fəaliyyət göstərir. Dövlət sektorunda xüsusən son illərdə İcbari Tibbi Sığortanın tətbiqi ilə çox geniş spektrdə xidmətlər verilməyə başlanılıb. Xüsusən də maddi-texniki bazanın yaxşılaşması, yeni tibb müəssisələri, onların tərkibində olan bölmələrin modernləşdirilməsi böyük ölçüdə həyata keçirilmişdir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli deyib. O bildirib ki, dövlət müəssisələri nə qədər inkişaf etsə də, daha komfortlu xidmət üçün insanlar özəl sektora müraciət edirlər və bu tendensiya bütün dünyada var:

“Xarici ölkələrdə özəl sığorta sistemi və dövlət icbari sığorta sistemi ilə yanaşı, könüllü tibbi sığorta sistemi də var. Burada insanlar öz büdcələrinə uyğun xidmətlərdən yararlanırlar və özəl sektor da inkişaf etmiş olur. Bizim məqsədimiz ondan ibarətdir ki, dövlət sektorunun İcbari Tibbi Sığorta Fondu hesabına maliyyələşməsi artdıqca, yeni infrastruktur qurulduqca, yeni xidmətlər göstərildikcə artıq özəl və dövlət müəssisələri arasında bərabərlik yaransın, rəqabət olsun”.

Deputat özəl klinikalarda qiymətlərin yüksək olmasından danışarkən qeyd edib ki, özəl sektorda qiymətləri dövlət müəyyənləşdirmir, tələb-təklif əsasında müəyyən olunur:

“Düşünürəm ki, bu, düzgün yanaşmadır. Amma dövlətin tənzimləyici qurumları əsassız qiymət artımı olduqda müdaxilə edib müəyyən bir üst həddi təyin etməlidir. Biz bu yanaşmanı dərmanların qiymətlərində görürük”.

Cavidan Mirzəzadə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top