Qərib Baxşəliyevin ailəsində daha bir ağır itki — FOTO

HADİSƏ 05 avqust 2025, 10:12
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin bacısı vəfat edib.

Şəhidin bacısı Sevil xanım ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, Qərib Baxşəliyevin atası İnqilab Baxşəliyev də 2023-cü il noyabrın 3-də oğlunun ölümünün üçüncü ildönümü günü dünyasını dəyişib.

Qeyd edək ki, əslən Laçından olan Qərib Baxşəliyev 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 3-də Zəngilan istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. (Qafqazinfo)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 10:48
05 avqust 2025, 10:40
Top