İcra başçısı Salyan camaatının problemlərini dinlədi — FOTOLAR

SOSİAL 05 avqust 2025, 12:47
Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Salyan rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 2025-ci ilin avqust ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar qəbul-görüşlərin qrafikinə əsasən Dağüstü yaşayış sahəsində səyyar görüş keçirilib. 

Demokrat.az
xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayon ərazisində aparılan abadlıq-quruculuq işləri, kanalizasiya sisteminin yenidən qurulması, asfalt-beton örtüyünün vurulması işləri və sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. 

RİH başçısı qəbulda növbə ilə söz alan vətəndaşları fərdi qaydada dinləyib, onların səsləndirdikləri problemləri qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.















SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top