Uçot dərəcəsi endi, kredit faizləri düşəcəkmi? — AÇIQLAMA

İQTİSADİ 05 avqust 2025, 12:17
"Mərkəzi Bankın uçot dərəcəsini endirəcəyi ilə bağlı məsələ öncədən məlum idi. Yəni, Mərkəzi Bankın yeni rəhbərliyi son zamanlar kommunikasiyanın qurulmasında həm media ilə, həm biznes çevrələri ilə daha ciddi addımlar atıb”.

Bunu Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

O deyib ki, bank bazara yön verməyə və bazardakı gözləntiləri idarə etməyə nail olub:

“Ona görə ciddi bir sürpriz olmadı. Amma niyə uçot dərəcəsini azaldır? Çünki rəsmi inflyasiya enib. Rəsmi inflyasiyanın enməsi Mərkəzi Banka imkan verir ki, daha rahat davransın. Mərkəzi Bank dünyadakı trendləri  izləyir. Mərkəzi Bank görür ki, həm Avropa Mərkəzi Bankı, həm Federal Rezerv Sistemi Amerikada uçot dərəcəsini aşağı çəkir.  Azərbaycan dünya iqtisadiyyatının bir parçası olduğuna görə buna paralel davranmağa çalışır. Uçot dərəcəsi aşağı düşdü deyə, dərhal kredit faizləri də azalmayacaq. Uçot dərəcəsinin getdikcə daha çox aşağı düşməsi, bir müddətdən sonra dalğavari şəkildə təsir göstərə bilər. Azərbaycanda da kredit faizlərinin nisbətən aşağı düşməsinə səbəb yarada bilər”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top