60 yaşlı kişidən çirkin əməl — TƏFƏRRÜAT

KRİMİNAL 04 avqust 2025, 20:48
Bakıda 1965-ci il təvəllüdlü Masallı rayon sakini Səlim yetkinlik yaşına çatmayan Amala (adlar şərtidir – red.) təcavüz edib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, ilk hadisə 16 mart 2023-cü ildə, saat 15:00-da Yasamal rayonu, Azərbaycan prospekti ilə M.A.Əliyev küçələrinin kəşisməsində olan, piyadaların keçidi üçün nəzərdə tutulmuş yeraltı keçiddə baş verib. 

Səlim orada icarəyə götürməklə işlətdiyi idman əşyalarının satışı mağazasında olarkən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə asudə vaxtlarında ona köməklik etdiyi üçün tanıdığı orta məktəbdə yeddinci sinifdə təhsil almasını öyrəndiyi Amala qarşı seksual hərəkətlər etmək qərarına gəlib. O, ətrafda heç kimin olmamasını fürsət bilib və oğlanı mağazanın içərisinə çağırıb. Zərərçəkmiş şəxs mağazaya daxil olduqda səs-küy salacağı təqdirdə onu döyəcəyi ilə hədələyib. 

Bu zaman yaşlı kişi oğlanın qorxaraq onun dedikləri ilə razılaşdığını görüb və cinsi ehtirasını pozğun formada təmin etmək üçün ona intim yerlərini oynatdırıb. Sonra isə digər hərəkətlər edib. 

Bundan başqa, o, təkrarən öz cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə həmin ilin iyulun 1-də, axşam saatlarında özünə məxsus velosipedin təmir olunmasında ona köməklik göstərməsini zərərçəkmiş şəxsə yalandan bildirib və onu aldadaraq yaşadığı Xətai rayonundakı evinə aparıb. Orada həmin gün saat 21:30-da velosipedin yataq otağında olmasını deyib və onu yataq otağına salıb. Orada zorla qeyri-təbii yolla intim əlaqədə olub. 

Daha sonra təqsirləndirləndirilən şəxs avqustun 6-da, saat 23:00-da zərərçəkmiş şəxsin yaşadığı Yasamal rayonu, M.Muxtarov küçəsindəki binanın zirzəmisinə gəlib və ona zəng edərək qeyd edilən yerdə olmasını, onu gözləməsini bildirib. Zərərçəkmiş şəxs onun yanına gəlmək istəmədiyini bildikdə isə ona cinsi əlaqədə olmaları barədə ailə üzvlərinə məlumat verəcəyini, onu rüsvay edəcəyi ilə hədələyib və israrla zirzəmiyə gəlməsini tələb edib. 
Bu zaman Amal onun hədələrindən qorxaraq rüsvay olmamaq üçün yaşadığı binanın zirzəmisinə gəlib. Orada yaşlı kişi zərərçəkmişin  əynində olan paltarlarını soyundurub. 

Bu vaxt Səlim Aqilə onunla cinsi əlaqədə olmayacağı təqdirdə vurub xəsarət yetirəcəyi, eləcə də öldürəcəyi ilə hədələyib və  müqavimətini sındıraraq
onunla qeyri-təbii yolla intim əlaqədə olub. 

Hadisəni törədən Səlimin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. 

İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxsi 2023-cü ilin mart ayından tanıyır, onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur: “Mən Rusiya Federasiyasının vətəndaşı olmaqla Bakı şəhəri, Xətai rayonunda ailəm ilə birlikdə yaşayıram. Yasamal rayonu, “5 mərtəbə” adlanan ərazidəki yeraltı keçiddə icarəyə götürdüyüm idman malları mağazasını işlədirəm.

Həmin keçiddən keçən Amal və onun anası Lətafəti təxminən bir il öncə mağazaya gəliblər və oğlan üçün idman əşyaları alıblar. Bundan sonra da keçiddən keçən Amal bir neçə dəfə işlədiyim mağazaya gəlib, müəyyən mallar alıb. Bunun nəticəsində aramızda xoş münasibətlər yaranıb. Amalın deməsinə görə bilmişəm ki, onun 13 yaşı var. Özümün də övladım olduğu üçün ona bir böyük kimi yanaşmışam. Amal mənə idmanla məşğul olduğunu da deyib”.

Salmanın ifadəsinə görə, Amalın mədəni və ağıllı uşaq olmasını görüb, onunla yaş fərqi olmasına baxmayaraq dostluq münasibətləri yaranıb: “İttihamda göstərildiyi kimi 2023-cü ildə işlədiyim mağazada zərərçəkmiş şəxsə qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişəm, ona toxunmamışam. Amalı mədəni uşaq olduğu üçün qızım ilə tanış etmək üçün öz evimə dəvət etdim. Yoldaşım onun üçün çay süfrəsi açdı. Həmçinin Amalın velosipedləri təmir etmək bacarığı olduğu üçün onu həmin il, axşam saatlarında öz evimə velosipedi təmir etmək üçün dəvət etmişəm. Velosipedi özümə məxsus evin yataq otağında Amal təmir edib. Bu zaman yataq otağında mən və Amal olub. Qızım digər otaqda olub, yoldaşım isə həmin vaxt evdə olmayıb. Yataq otağında Amalla olduğumuz zaman qapını bağlamamışam. Ona qarşı uşaqbazlıq etməmişəm, digər seksual xarakterli hərəkətlər də törətməmişəm. Təsdiq edirəm ki, zərərçəkmiş şəxsi yaşadığı binanın zirzəmisini onun anasından mallarını saxlamaq üçün icarəyə götürmüşəm. Bəzi hallarda işdən gec çıxan zaman həmin zirzəmidə gecələmişəm. Lakin həmin zirzəmidə zərərçəkmiş şəxs ilə uşaqbazlıq etməmişəm. Ona xəsarət yetirəcəyim, eləcə də öldürəcəyim ilə hədələr etməmişəm. Mənə verilmiş ittihamı qəbul etmirəm, bu ittiham mənə qarşı qərəzli olan bir ittihamdır”.

İş üzrə zərərçəkmiş Amalın sözlərinə görə, təqsirləndirilən şəxs tanıyır, onun yaşadığı “5 mərtəbə” adlanan ərazidə olan yeraltı keçiddə idman malları mağazasının satıcısıdır: “Mən anam ilə birlikdə yaşamışıq, yaxınlıqda yerləşən idman məktəbinə gedərək karate idman növü ilə məşğul olmuşam. Mənim hazırda 14 yaşım var, lakin hadisənin baş verdiyi zaman 12 yaşım olub. İlk dəfə təqsirləndirilən şəxsin keçiddə olan mağazasına anam ilə birlikdə idman paltarı almaq üçün getmişəm. Həmin vaxt anam mənim üçün idman geyimi aldı. Yolum məhz bu keçiddən keçdiyi üçün onu tez-tez görürəm, münasibətlərim yaxşı olub. Təqsirləndirilən şəxs məndən çox yaşlı olduğu üçün ona hörmətlə yanaşmışam. Təqsirləndirilən şəxs də mənimlə mehriban olub”.

Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin may ayında təqsirləndirilən şəxs onunla söhbət edən zaman onu ailəsi ilə görüşdürmək və tanış etmək məqsədi ilə evlərinə dəvət edib: “Təqsirləndirilən şəxsin yaşadığı mənzilə gedərək onun qızı və həyat yoldaşı ilə tanış olmuşam. İkinci dəfə isə 1 iyul 2023-cü ildə təqsirləndirilən şəxs mənim əlaqə saxlayaraq yaşadığı mənzildə saxladığı velosipedinə siqnal düzəltməyimdə köməklik etməyimi xahiş etdi. Mən də buna razı oldum. Həmin günü Səlim ilə birlikdə onun yaşadığı mənzilinə getdim. Həmin vaxt təqsirləndirilən şəxsin mənzilində qızı olub. Mənzildə olan zaman təqsirləndirilən məni yataq otağına çağırdı ki, velosipedi ordadır, gedib velosipedinin siqnalını quraşdırım. Mən də onunla birlikdə yataq otağına keçdim. Bu zaman təqsirləndirilən şəxs qızına tapşırdı ki, bizim olduğumuz yataq otağına keçməsin. Sonra biz içəri daxil olduqdan sonra Səlim qapını örtdü. Bundan sonra yataq otağında velosipedin siqnalını düzəltdim. İşimi bitirdikdən sonra otaqdan çıxmaq istədim ki, qolumdan tutaraq məni saxladı, yataq otağından çıxmağıma icazə vermədi. Təqsirləndirilən şəxs arxa tərəfimə keçdi, ağzımı tutaraq şalvarımı aşağı endirdi. Sonra öz şalvarını aşağı endirərək mənimlə arxadan cinsi əlaqədə olmağa başladı. Təqsirləndirilən şəxs məni öldürməklə və rüsvay etməklə hədələdiyi üçün müqavimət göstərməmişəm. Bundan sonra birlikdə yataq otağından çıxmışıq və yaşadığım mənzilə getmişım. Sağollaşarkən təqsirləndirilən şəxs baş verənləri heç kimə danışmamağımı, kiməsə dediyim halda məni öldürəcəyini, ondan idman əşyaları alan sinif yoldaşlarıma bu barədə məlumat verərək məni rüsvay edəcəyini bildirdi. Mən də bütün bunlardan çəkinərək baş verənlər haqqında heç kimə heç bir məlumat verməmişəm. Bundan sonra təqsirləndirilən şəxs mənim yaşadığım binanın zirzəmisinə mallarını yığdı və 6 avqust 2023-cü ildə təqsirləndirilən şəxs zəng edərək məni zirzəmiyə çağırdı. Orada mənimlə arxadan cinsi əlaqədə oldu. Bundan sonra anam ilə rayona istirahətə getdiyimiz zaman gecə vaxtları diksinərək ağladım. Bu zaman anam məni sorğu-suala tutduğu zaman hər şeyi olduğu kimi ona danışdım. Anam da hüquq-mühafizə orqanlarına şikayət etdi”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Səlim 16 il müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasını  ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. 

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Təqsirləndirilən şəxs ilk məhkumluğunun, Rusiya vətəndaşı olmasının, yaş həddinin, ailədə yeganə qız övladının onun öhdəsində olmasının nəzərə alınmasını istəyib. O, təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilməsini xahiş edib. 
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə məhkumun şikayəti təmin olunmayıb və barəsində olan hökm qüvvəsində saxlanılıb. 

Bu qərardan narazı qalan məhkumun vəkili tərəfindən kasasiya şikayəti verilib. Vəkil müvəkkilinin əməlində cinayət tərkibinin olmasına dair, həmçinin zərərçəkmişlə qeyri-təbii yolla cinsi əlaqədə olması ilə bağlı sübutların olmadığını qeyd edib. O, məhkumun barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Bu şikayətə Ali Məhkəmədə baxılıb və araşdırmaların sonunda qərar elan edilib. Qərara görə, məhkumun vəkili tərəfindən verilən şikayət təmin olunmayıb.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
04 avqust 2025, 22:42
04 avqust 2025, 22:27
Top