Qubada 34 yaşlı kişi arvadını döydü

KRİMİNAL 05 avqust 2025, 11:28
Quba rayonunda 34 yaşlı kişi arvadına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin fevralın 27-də rayonunun kəndlərindən birində baş verib. 

Quba rayon sakini, 1991-ci il təvəllüdlü Mehdi İslamov arvadı Könül (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı onun üz nahiyyəsindən qəsdən yumruqla, daha sonra bədəninə təpiklə vurub. 

Hadisəni törədən M. İslamovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, fevralın 27-də, saat 17 radələrində evdə arvadı Könül ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbləşib və onun üz nahiyyəsindən yumruqla vurub: “Daha sonra yerə yıxıldıqdan sonra təpiklə bədəninin müxtəlif nahiyyələrinə vurdum”.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş ərinə qarşı olan şikayətinin geri götürüb. 

Bu səbəbdən məhkəmə M. İslamovun barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top