Bakıda əməliyyat keçirildi — Saxlanılan var

HADİSƏ 05 avqust 2025, 13:12
Bakıda 11 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarıb.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib. Tədbir zamanı 32 yaşlı Samir Əhmədov saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi avtomobildən ümumilikdə 11 kiloqram 295 qram həşiş, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb.

S.Əhmədov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 avqust 2025, 15:37
Top