Xırdalan və Masazıra metro xətti çəkilir? — AÇIQLAMA

GÜNDƏM 05 avqust 2025, 17:06
 “Bir sıra müqavilələr Bakı şəhəri ərazisində nəqliyyat infrastrukturunun qurulmasına, o cümlədən metropolitendə tətbiq olunan bir çox qərarları əhatə edir. Bu layihənin noyabr ayında inşası həyata keçiriləcək. “28 May” və “Nizami” metrostansiyaları arasında tunellərin qazılması və orada yeni tunelin inşa edilməsi nəzərdə tutulur”. 

Bu barədə nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlamasında deyib.

 O bildirib ki, yol hərəkəti iştirakçılarının təhlükəsizliyi və rahatlığı üçün müxtəlif addımlar atılır: 

“Daha sonra “Dərnəgül” metrostansiyası ilə “Koroğlu” metrostansiyası arasında yeni xəttin layihələndirilməsi planlaşdırılır. İlk növbədə Xırdalan və Masazır istiqamətində yeni xəttin çəkilməsi nəzərdə tutulur. Bu kimi sahələr üzrə layihələrin işlənilməsi üçün bağlanan müqavilədir. Bu müqavilədə nəzərdə tutulub ki, gələcəkdə müəyyən praqmatik addımların atılması da bu yöndə qurulacaq. Ona görə də bu, gələcəyə hesablanmış bir addımdır və bu kimi şirkətlərin atdığı addımlar uğurla hesablanır. “Yüksel Proje”nin çox gözəl layihələri var. Türkiyədə tunellərin inşası, müasir metro və dəmir yolu xətlərinin layihələndirilməsi bu şirkətin uğurlu işləri sırasındadır”.

Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top