Şou-biznes

"Oğlanlar varlı qız almaq istəyir"

Oğlanlar varlı qız almaq istəyir

Müğənni Nadir Qafarzadə gənclərin evlilik və münasibətlərə yanaşması ilə bağlı səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Sənətçi bu barədə "Sevilən səhər" verilişinin canlı efirində danışıb. O, müasir dövrdə bəzi gənclərin həyat yoldaşı seçərkən sevgidən daha çox maddi imkanlara üstünlük verdiyini bildirib.

"İndi qızlar pullu, imkanlı, maşınlı oğlana ərə getmək istəyir. Oğlanlar da artıq varlı ailədən qız almaq istəyirlər. Deməli, hər şey pul üçündür, sevgi yox. Kasıb sevə bilməz? Son zamanlar heç kimə lazım deyil.

Biz əvvəl sevəndə belə deyildi. Xanımım mənə ərə gələndə çox kasıb, yetim adam idim. Səbirlə gəlib bu günə çıxdıq. İndi pulsuz oğlanı anası da sevmir. Pul artıq bizi insanlıqdan çıxarıb", - deyə müğənni bildirib. (milli.az)

D
demokrat.az