Cəmiyyət

Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR

Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR

Salyanda sakinlərlə növbəti səyyar görüş Xurşud kəndində keçirilib.

Demokrat.az xəbər verir ki, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov vətəndaşların təkliflərinin, müraciətlərinin və mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə Xurşud kənd sakinləri ilə səyyar qəbul keçirib.

Qəbulda çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda dövlət səviyyəsində həyata keçirilən sosial-iqtisadi tədbirlər barədə ətraflı danışıb, ölkə başçısının qayğısı ilə görülən bütün işlərin, həyata keçirilən tədbirlərin yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, onların sosial rifahının və həyat səviyyəsinin daha da yüksəlməsinə xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritetlərdən biridir. Bildirilib ki, keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ şəkildə həllinə, eyni zamanda yerli icra strukturları ilə sakinlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə xidmət edir. Qəbul zamanı bəzi müraciətlər üzrə dərhal tədbirlər görülməsi üçün tapşırıqlar verilib, əlavə araşdırma tələb edən məsələlər isə nəzarətə götürülərək icra vəziyyətinin mütəmadi izlənəcəyi vurğulanıb.

Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
Salyanın Xurşud kəndində sakinlərlə görüş keçirildi — FOTOLAR
1 / 7

Editor
Redaktor