Sosial medianı silkələyən sual: Ölkəmizdə yeraltı sığınacaq varmı?

HƏRBİ 06 avqust 2025, 14:18
"Heç bir ölkədə 100 faiz qoruyan müdafiə sistemi, sığınacaqlar yoxdur".

Bunu Demokrat.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli bildirib.



"Müdafiənin ən yüksək səviyyəsi İsraildə idi. İran-İsrail müharibəsində məlum oldu ki, onlar da tam müdafiəni təmin edə bilmirlər. Hələ elə bir dövlət yoxdur ki, buna tam nail olsun”.

Ekspert bildirib ki, Azərbaycan dövləti vətəndaşların təhlükəsizliyi üçün hansı regionda yerləşdiyini, hansı ölkələrlə qonşu olduğunu bilir:

“Hər hansı fövqaladə hal baş verərsə, dövlət bununla bağlı həm siyasi, həm hərbi, həm iqtisadi, hətta ərzaq təhlükəsizliyinə qədər məsələləri nəzərə almış olacaq”.

Qeyd edək ki, sosial şəbəkələrdə ölkəmizdə yeraltı sığınacaqların olmaması ilə bağlı məsələ gündəm olub. 


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top