Səidə Behbudova vəfat etdi

MƏDƏNİYYƏT 06 avqust 2025, 09:51
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Səidə Behbudova vəfat edib.

Demokrat.az xəbər verir ki, S.Behbudova xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Səidə Behbudova 1973-cü ildən etibarən Azərbaycan Dövlət Konservatoriyasında müəllim, daha sonra dosent, 2000-ci ildən isə professor olaraq çalışıb. “Əməkdar müəllim” fəxri adına layiq görülüb. 2012-ci ildən ömrünün sonunadək Çukurova Universiteti Dövlət Konservatoriyasının “Fortepiano” ixtisası üzrə professor heyətində fəaliyyət göstərib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top