Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq

SOSİAL 06 avqust 2025, 13:23
Növbəti tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur.

Demokrat.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsi rəsmi sosial media hesablarında məlumat yayıb.

"Ən çox ünvanlanan suallardan biri də Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə plan yerləri ilə bağlıdır. Bildirmək istəyirik ki, 2025/2026-cı tədris ilində Qarabağ Universitetində ingilis və rus bölməsi üzrə tələbə qəbulu nəzərdə tutulmur", - məlumatda qeyd olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top