“Bolt” Zəngəzur dəhlizində fəaliyyət göstərəcək? — RƏSMİ CAVAB

GÜNDƏM 06 avqust 2025, 15:54
Yerli mətbautda “Bolt” taksi şirkətinin tətbiqində Bakıdan Naxçıvan Muxtar Respublikasına avtomobillə səfərlər üçün yol əks olunub. Nəqliyyat marşrutu beynəlxalq aləmdə Zəngəzur dəhlizi kimi tanınan yoldan keçir və qiymət təxminən 270 manat təşkil edir. Xəritəyə əsasən, Zəngilan-Mehri-Ordubad istiqamətində yol açıq görünür. Əvvəllər isə bu istiqamətdə yol qondarma “Laçın dəhlizi” ilə göstərilirdi.

Məsələ ilə bağlı “Bolt” şirkətinin mətbuat katibi Nigar Kazımova Demokrat.az-a açıqlamasında bildirib ki, dövlətlər arasında heç bir zərurət və qadağa yoxdursa taksi xədmətindən istifadə etmək olar:

“Qarabağda da “Bolt” taksi xidməti fəaliyyət göstərir. Ümumilikdə, Azərbaycanın bütün bölgələrində varıq. 

Hər bir nöqtədən başqa nöqtəyə taksi sifariş etmək mümkündür. Buna görə də xidmətimizi ən yaxşı şəkildə göstərməyə çalışırıq”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top