
Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask Azərbaycanla bağlı paylaşım edib.
Paylaşım Maskın sahibi olduğu “X” platformasının Azərbaycanda xəbərlər üçün bir nömrəli tətbiq olması haqdadır.
Belə ki, milyarder 1,2 milyon izləyicisi olan “Tesla Owners Silicon Valley” səhifəsinin bu haqda məlumatını yenidən paylaşıb. Mask paylaşımına "Azərbaycan" sözünü və ölkənin bayrağını əlavə edib.