
Bərdədə avtomobildən düşən şəxsi maşın vurub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Rayon sakini Abdullayev Natiq idarə “KİA” markalı avtomobil ilə hərəkətdə olarkən digər avtomobildən düşən 1993-cü il təvəllüdlü Həsənov Orxanı vurub.
Nəticədə O.Həsənov müxtəlif dərəcəli xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.