Suqovuşan qəsəbəsi ərazisində yanğın başlayıb

HADİSƏ 07 avqust 2025, 22:19
Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində hazırda davam edən şiddətli yanğın əsasən mina və partlamamış döyüş sursatları olan ərazilərdədir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, əraziyə yanğınsöndürən briqadaları cəlb olunsa da şəxsi heyətin təhlükəli əraziyə girişi mümkün olmayıb.

Lakin yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
07 avqust 2025, 22:46
Top