Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində 1987-ci il təvəllüdlü Azər Şaliyev məhkum yoldaşı Şəhriyar Baxışəliyevi öldürməyə cəhd edib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 23 fevral 2023-cü ildə baş verib. Masallı rayon sakini A. Şaliyev həmin gün saat 18:30-da 2014-cü ildən cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsinin 3 saylı yataqxanasında yerləşən məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağında Şəhriyarı ona məxsus şəxsi kitabçasına icazəsiz baxmasının səbəbini aydınlaşdırmaq üçün yanına çağırıb. Öz təşəbbüsü ilə mübahisə yaradıb və heç bir əsaslı səbəb olmadan ülgüc ilə Ş. Baxşəliyevin üzünə- izi qalması üçün sağ yanağına kəsik atmaq istəyib.
Zərərçəkmiş üzünü həmin kəsikdən yayındırmaq məqsədilə başını cəld yana çevirməsi nəticəsində ülgüc onun boyun nahiyəsinə dəyərək kəsib.
Hadisəni törədən A. Şaliyevin barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən məhkum ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni sağlamlığa az ağır zərər vurma ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəhriyar Baxşəliyev onunla birlikdə 12 saylı cəzaçəkmə müəssisəsində məlum hadisəyə qədər məhkumluq həyatı yaşayıb:
“2014-ci ildən 2022-ci ilə qədər Şəhriyarla 12 saylı cəzaçəkmə müəssisəsində eyni korpusda, yəni 3 saylı yataqxanada yaşamışıq. Münasibətlərimiz həmişə yaxşı olub və aramızda heç bir düşmənçilik, ədavət olmayıb. 23 fevral 2023-cü ildə, saat 17 radələrində 3 saylı yataqxanaya daxil olan zaman Şəhriyarın istifadəsində olan şəxsin dolabının yanında dəftərçəmə baxdığını gördüm. O, məni görməsə də, qapının açıldığını eşidən kimi dərhal dolabdan uzaqlaşdı. Dəftərçəmə baxdığını görməsi barədə heç nə bildirmədən Şəhriyarı çağırdım və məhkumlar üçün nəzərdə tutulmuş əşya saxlama otağına – “kaptorka”ya saldım. Ondan nəyə görə mənə məxsus dəftərçəyə baxdığını soruşdum. Amma Şəhriyar dəftərçəmə baxdığını boynuna almadı. Şəhriyarın dəftərçəmə baxdığını öz gözlərim ilə gördüyüm üçün ona inanmadım. Bunu Şəhriyarın özünə də bildirərək onu etdiyi bu hərəkətə görə cəzlandırmaq istədim. Cəza da bundan ibarət olmalı idi ki, sadəcə ülgücü onun üzünə atım, ülgücün kəsintisindən üzündə ləkə qalsın və bilsin ki, belə hərəkət etmək olmaz. Ülgücü Şəhriyarın üzünə atdığım anda, bundan yayınmaq üçün başını yana çəkdiyi üçün boğazına dəydi. İkinci dəfə Şəhriyara necə xəsarət yetirdiyimi özüm də bilmirəm. Mənim yadımda ancaq Şəhriyarın üzünə atmaq istədiyim bir kəsik cəhdi qalıb. Həmin vaxt həm də hirsli olmuşam. Şəhriyarı heç bir halda öldürmək fikrim olmayıb. Öldürmək niyyətim olsaydı və bunu istəsəydim, onu heç buraxmazdım və öldürərdim. Sadəcə Şəhriyarın üzünə qalıcı çapıq izi salmaqla onu cəzalandırmaq istəmişəm. Hadisə vaxtı yanımızda heç kim olmayıb, bizi heç kim aralamayıb. Həqiqətən Şəhriyarı öldürmək niyyətim olsaydı, bunu edə bilərdim. Hadisədən sonra Şəhriyarı tibb məntəqəsinə aparmışam, orada onun yarasına tikiş qoyulub”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra onun izahatını alıb və cərimə təcridxanasına salıblar: “Barəmdə də sonralar Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başladılar. Sonda isə əməlimi Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsinə tövsif etdilər. Mənə verilən həmin ittihamla razılaşmadım”.
İş üzrə zərərçəkmiş Şəhriyarın sözlərinə görə, 2015-ci ildən 2022-ci ilə qədər təqsirləndirilən şəxs ilə eyni korpusda 3 saylı yataqxanada olublar: “Bütün günlərimiz bir yerdə keçib. Münasibətlərimiz yaxşı olub və aramızda heç bir düşmənçilik, ədavət olmayıb. Fevralın 23-də, saat 18 radələrində cəzaçəkmə müəssisəsinin giriş hissəsində yerləşən nəzarət-buraxılış məntəqəsindən 3 saylı yataqxanaya getdim. Bu zaman təqsirləndirilən şəxs məni məhkumlar üçün nəzərdə tutulmuş əşyaların saxlanma otağına çağırdı. Məndən niyə onun dəftərçəsinə baxdığımı soruşdu. Azərə oxuyub-yazmağı bacarmadığımı, buna görə də dediklərinin əsassız olduğunu bildirdim. Bu zaman Azər ünvanıma nalayiq sözlər işlətdi. Azərə cavab vermədən işimin olduğunu deyərək otağı tərk etmək istədim. Bu zaman qəflətən qolu ilə boynumu tutaraq sıxdı və əlindəki ülgüclə üzümə kəsik atmaq istədi. Amma həmin anda başımı yana çevirdiyim üçün ülgüc yanağımı deyil, boğazımı kəsdi. Mən qan içində hadisə yerindən çıxaraq qaçdım və pilləkənlərdən düşəndə cəzaçəkmə müəssisəsinin Əziz adlı əməkdaşı məni gördü. Əziz dərhal iki əməkdaş çağıraraq məni tibb otağına göndərdi”.
Zərərçəkmiş əlavə edib ki, təqsirləndirilən şəxsin dəftərçəsinə baxmayıb: “Hadisə günü növbətçi hissədə olanda mənə “kaptorqa”ya çağırıldığım deyildi. Mən də həmin yerə getdim. “Kaptorqa”da Azər məndən nəyə görə onun dəftərçəsinə baxdığımı soruşdu. Mən də cavabımda yazıb-oxumağı bacarmadığımı, yəqin məni kiminləsə səhv saldığını dedim. Azər ülgücü üzümə atmaq istədi. Amma başımı yana çevirdiyim üçün ülgüc boğazıma dəydi. Biz əvvəlcə üzbəüz söhbət etmişik. Amma sonra Azər arxama keçdi və arxadan başımı tutaraq sifətimə ülgüc atmaq istədi. O anda ülgüc boğazıma dəydi. Bizi “kaptorqa”da işləyən məhkum Taleh ayırdı. Sonuncu məni qapıdan itələyərək çıxartdı. Hadisə vaxtı özümdə olmamışam, heç ülgücü də görməmişım. İlk dəfə ülgücü ekspert mənə göstərəndə görmüşəm. Azər məni öldürmək istəməyib. Mənim üzümə kəsik atmaq istəyib. Mənim bildiyimə görə cəzaçəkmə müəssisələrində heç vaxt elə bir hal olmayıb ki, dəftərçəyə baxmağa görə kimisə öldürsünlər. Hazırda Azəri bağışlamışam, barışmışam. Ona qarşı heç bir şikayətim yoxdur. Məhkum yoldaşı kimi münasibətlərimiz yaxşıdır. Hadisədən sonra da cəzaçəkmə müəssisəsində zarafatlarımız olub, birlikdə deyib-gülmüşük”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə A. Şaliyevin əməli Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə tövsif edilib. Ona 5 il azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini, məhkumun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə yeni ittihamedici hökmün çıxarılmasını istəyib.
Dövlət ittihamçısının protestinə Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə baxılıb. Məhkəmə heyəti dövlət ittihamçısının protestini təmin edib, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü ləğv edib və yeni ittihamedici hökm çıxarılıb.
Yeni hökmə əsasən, məhkum Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə təqsirli bilinib və ona 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Qeyd edək ki, A. Şaliyev bundan əvvəl Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 221.3 (xuliqanlıq - bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə təqsirli bilinib və Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2014-cü il tarixli hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.
Qaradağ Rayon Məhkəməsinin 5 noyabr 2020-ci il tarixli qərarı ilə cəzası endirilib və üzərində qəti olaraq 12 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb. Cinayət hadisəsi baş verən zaman onun azadlığa çıxmasına 1 il 7 ay 29 gün qalmışdı. Bakı Apellyasiya Məhkəməsi hökm çıxaran zaman onun əvvəlki cəzasının çəkilməmiş hissəsini hazırkı cinayət işi üzrə hökmdə birləşdirib və ona qəti olaraq 15 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Fariz Məlikli
Demokrat.az