“Fərqli beynəlxalq media və ekspert dairələrinin sızdırdığı məlumatlar göstərir ki, sabah Vaşinqtonda imzalanacaq sənəd Zəngəzur yolu ilə bağlı rejimi və ATƏT-in Minsk qrupunun ləğvini əhatə edəcək”.
Ordu.az xəbər verir ki, bunu daim separatizmə çağırış edən Artak Beqlaryan sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, növbəti dəfə Ermənistan tərəfindən birtərəfli güzəştlər və İlham Əliyevin növbəti diplomatik uğuru gözlənilir.
“İlham Əliyev heyranedici ardıcıllıqla heç bir əvəz ödəmədən strateji üstünlüklər qazanmağa davam edir. ATƏT-in Minsk qrupunun ləğvi özü-özlüyündə Ermənistan üçün ciddi strateji səhvdir. Bu addım qarşılığında, görünür, Ermənistan hakimiyyəti hətta 23 “əsir”in (diversant-red.) azad olunmasına belə nail olmağa çalışmır. Halbuki bu, xüsusilə Trampın vasitəçiliyi fonunda olduqca konkret və reallaşdırıla bilən bir məsələdir”, - deyə Beqlaryan əlavə edib.