ABŞ-nin bu addımı Rusiyanın iradəsini qıra bilər — Fəzail Ağamalı

SİYASƏT 07 avqust 2025, 11:20
“ABŞ-də keçiriləcək görüş, mənə elə gəlir ki, sülh sazişinə doğru atılan çox mühüm addım olacaq".

Bunu Demokrat.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, görüşdə sülh sazişinin bağlanacağını hesab etmir:

“Çünki orada Azərbaycanın tələbləri var – konstitusiya dəyişikliyi və Minsk qrupunun ləğvi. Həm də bu görüş Zəngəzur dəhlizinin açılmasında sonuncu mərhələ ola bilər. KİV-də yer alan məlumatlara görə, artıq Zəngəzur dəhlizinin açılması ilə bağlı Azərbaycan və Ermənistan arasında prinsipial razılıq əldə olunub.
Bu görüşdə həm də Zəngəzur dəhlizinin ABŞ şirkəti tərəfindən icarəyə götürülməsi ilə bağlı müzakirələr aparıla bilər. Məncə, görüşdə çərçivə sazişi imzalana bilər. Bütövlükdə bu görüşü yüksək qiymətləndirirəm. ABŞ-ın bu məsələyə ciddi yanaşması, prosesdə iştirak etmə niyyəti həm də Rusiyanın da iradəsini qıra, müqavimətini aradan qaldıra bilər".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top