ABŞ-da miqrantlar hamilə qadının üzərinə qaynar su töküblər

DÜNYA 24 oktyabr 2024, 19:41
ABŞ -da miqrantlar  hamilə qadının üzərinə qaynar su töküblər.

Demokrat.az xəbər verir ki, bu barədə  Daily Mail yazır. 

Qadın bildirib ki, şəhərdə Venesueladan olan miqrant dəstəsi  peyda olub və yerli əhalini dəhşətə gətirir. Bu yaxınlarda təcavüzkarlar əvvəllər bir neçə dəfə təhdid edilən hamilə qadının üzərinə qaynar su töküblər.

Adının çəkilməsini istəməyən başqa bir amerikalı qadın bildirib ki, dəstə üzvləri onu və ərini zorakılıqla hədələyərək mənzillərindən zorla çıxarmağa çalışıblar, sonra isə evlərini dağıdıblar. Eyni zamanda, şəhər hakimiyyəti banditizmlə bağlı problemlərin mövcudluğunu inkar edir, polis isə vəziyyəti şərh etməkdən imtina edir.

Yerli sakinlər əmindirlər ki, vəziyyət fövqəladə tədbirlərin görülməsini tələb edir, çünki miqrantların narkotik və insan da satdıqları barədə məlumatlar var.

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top