Nəqliyyat vasitələri ilə bağlı problemlər tez-tez gündəmə gəlir. Sakinlər bu dəfə "525" nömrəli avtobusdan şikayət ediblər. Kadrlardan görünür ki, avtobusun qapısının şüşəsi sınıb. Vətəndaşlar soyuqda əziyyət çəkirlər. Problemin həll iyolları haqqında Demokrat.az-a nəqliyyat eksperti Aslan Əsədov danışıb:
"Bu gün marşrut sistemlərində yenilənmələr var. Bu yeniliklərin əsas mahiyyəti ondan ibarətdir ki, xidmət sahəsi genişlənsin, keyfiyət yüksəlsin. Məsələ ilə bağlı hər hansı narahatlıq olacaqsa, bu xidmətin aparılması kölgədə qalır. "Bunun üçün nə etmək olar?" sualına ən yaxşı cavab insanların rifahının təmini, gündəlik gediş-gəlişini təmin edəcək vasitədən istifadədir".
Ekspertin sözlərinə görə, bu gün sərnişindaşımada istifadə edilən vasitələrin (xüsusilə avtobus) birinci növbədə kamfortuna baxılmalıdır:
" Yeni avtobusların gətirilməsi, iqlimin soyuq və ya isti olmasından asılı olmayaraq havalandırma sisteminin "saz" vəziyyətdə olması mütləqdir. Texniki nasaz nəqliyyat vasitələri xəttdən uzaqlaşdırılmalıdır. Bunlar hər biri görülən işlərin vacib elementləridir. Bunlar olmasa, vətəndaşlar arasında narazılıqlar artacaq və xidmətdən danışmaq yersiz olacaq. Bundan əlavə sərnişindaşıma ilə məşğul olan şəxslərin üzərində məsuliyyət artırılmalıdır. Dispeçer xidməti ilə mərkəzi sistemin birgə fəaliyyəti olmalıdır. Bunlar hər biri göz önündə olan işlərə aiddir"
Mehriban Mirzəzadə
Demokrat.az