Lənkəranda "Vito" TIR-a çırpıldı — Ölən və xəsarət alanlar var

HADİSƏ 16 sentyabr 2026, 23:32
Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.

Demokrat.az
APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb. 

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir. 

Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub. 

Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 23:45
16 sentyabr 2026, 22:57
Top