Bakıda supermarketdən turşu aldı: İçindən milçək çıxdı — VİDEO/FOTO

HADİSƏ 16 sentyabr 2026, 13:00
Bakıda supermarketdən alınan konservləşdirilmiş xiyar turşusunun içindən milçək çıxdığı iddia olunur.

Demokrat.az xəbər verir ki, oxu.az-a müraciət edən Bakı sakini bildirib ki, ötən gün (15 sentyabr) saat 17:36-da Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən "Neptun" supermarketdən xiyar turşusu alıb.

Vətəndaşın sözlərinə görə, sözügedən məhsul "TALA" brendi ilə satılan xiyar turşusudur.

İstehlakçının sözlərinə görə, məhsulu evdə açaraq istifadə etmək istəyərkən bankadakı xiyarları doğrayıb. Daha sonra xiyarın içindən milçək çıxıb.

Təqdim olunan videoda doğranmış xiyar turşuları arasında milçəyin olduğu müşahidə edilir. 
 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

16 sentyabr 2026, 12:55
Top