"Azərbaycanın BRİKS kimi çoxtərəfli beynəlxalq platformalarda iştirakı bizim xeyrimizədir" — Politoloq

GÜNDƏM 24 oktyabr 2024, 19:13
Gündəmdə olan beynəlxalq görüşlərdən biri də BRİKS-dir. Bir çox ölkələr kimi Azərbaycan da öz imkanları sayəsində bu cür böyük platformada iştirak edir. COP29-a aparan yolda bu cür tədbirlərdə iştirak etmək bizə nə qazandırır.

Demokrat.az-ın sualını politoloq Aydın Quliyev cavablandırıb: 

"COP29 yaxınlaşdıqca Azərbaycanın BRİKS kimi çoxtərəfli beynəlxalq platformalarda iştirakı bizim xeyrimizədir. Azərbaycanın COP29-la bağlı beynəlxalq miqyasda daha dərindən tanınması üçün avantajdır. BRİKS kimi platformalar Azərbaycana daha geniş əməkdaşlıqlar üçün imkanlar açır. BRİKS-də dünyanın güclü iqtisadiyyata malik olan bir neçə dövləti təmsil olunur". 

Politoloq qeyd edib ki, bu ölkələr dünya iqtisadiyyatına töhfələr verirlər:

"Özlərinin çox böyük imkanlarını ilk növbədə daxili, daha sonra xarici tələbata yönəldirlər. Dünyanın iqtisadiyatında, ticarətində və investisiyasında BRİKS ölkələrinin iqtisadi maliyyə payı böyükdür. Doğrudur, bu təşkilatın hələ siyasi, hərbi və təhlükəsizlik blokuna çevrilməsinə dair əlamət yoxdur. Bu, olduqca çətin prosesdir. Hansı perspektivdə onun hərbi-siyasi təhlükəsizlik blokuna çevriləcəyini demək mümkün deyil. Bu gün əsas odur ki, Azərbaycan təşkilata üzv olan böyük ölkələrin imkanlarından bəhrələnmək üçün fürsət əldə edib. Azərbaycanın özünün də iqtisadi potensialları heç də kiçik deyil. Azərbaycanın belə çoxtərəfli əməkdaşlıq formatında aktiv iştirakı onlara da töhfə vermək baxımından əhəmiyyətlidir. Azərbaycanın özünün də buna gücü var. Əsas odur ki, Azərbaycan iştirak etdiyi çoxtərəfli əməkdaşlıq formatlarında müvazinətini, prinsiplərini və əməkdaşlıq istiqamətini itirmir. Harda olmağından aslı olmayaraq Azərbaycanın vahid, müstəqil, ölkənin milli, iqtisadi, siyasi maraqlarından çıxış etmək kimi güzəştə gedilməyən prinsipləri var".

Mehriban Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top