Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib. Kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib.
Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlama verib.
O qeyd edib ki, Amerikada işsizlik səviyyəsi 6-7 milyon nəfərə gəlib çıxıb:
“Hələ bir neçə il bundan qabaq 10 milyonu da keçmişdi. Ümumiyyətlə, ABŞ-da işsizlik səviyyəsi öz əhalisinə görə müəyyən dərəcədə var idi. 121 min federal hökumət işçisinin ixtisar edilməsi ABŞ-a elə bir ciddi təsirini göstərməyəcək. Yəni, işdən çıxan işçilər federal hökumət işçiləridir. Haradasa hansısa bir formada işlə, məşğulluqla təmin olunacaqlar. Məşğulluqla təmin olunmayan işçilər də hökumət tərəfindən müəyyən sosial proqramlar çərçivəsində hansısa bir formada hüquqları qorunacaq. İqtisadiyyata təsiri olan faktorlar kütləvi işsizlik yaradan faktorlardır. 121 min işçinin də işdən azad edilməsi, həqiqətən də, o paradoksal vəziyyətdə 300 milyonluq əhaliyə nisbətdə götürsək, böyük bir nisbət deyil”.
Leyla Turan
Demokrat.az