İmtahanlarda 300 bal toplayanlar çoxalır: Təhsil keyfiyyətlidir, yoxsa suallar asandır? — VİDEO

GÜNDƏM 02 may 2025, 00:26
2020-ci ildə 5 nəfər idisə, ötən il bu rəqəm 55, bu il isə 43 nəfər olub. Söhbət buraxılış imtahanlarında maksimum 300 balı toplayan abituriyentlərdən gedir.

Demokrat.az Xəzər TV-yə istinadən məlumat verir ki, son 2 ildir maksimum nəticə göstərən abituriyentlərin sayı 8-10 dəfədən çox artıb.

Təhsilin keyfyyəti yüksəlir, yoxsa suallar asanlaşır?

Təhsil eksperti Sevinc Pürkeştasib deyir ki, son illərdə yüksək nəticə göstərənlərin sayı ona görə çoxdur ki, suallar asanlaşıb.

Ekspertin sözlərinə görə, uşaqların yaxşı nəticə göstərməsinin digər səbəbi də odur ki, hazırda repetitorlar tədris prosesində daha asan metodlara üstünlük verirlər.

Ətraflı süjetdə:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top