"Türkiyənin BRICS-ə üzvlük məsələsi donduruldu" — Terrorun arxasında Qərb dayanır?

GÜNDƏM 24 oktyabr 2024, 20:59
 "Türkiyə terroru bitirmək istəyir və bu istiqamətdə addımlar atır. Hətta PKK rəhbərinin azad olunmasını Türkiyə Böyük Millət Məclisi istisna etmir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. M.Əsədullazadə bildirib ki, PKK silahı yerə qoymalı, bu terror təşkilatı rəsmi şəkildə buraxılmalıdır. Politoloq terror aktının Türkiyənin BRICS təşkilatına üzv olmaq istəyi və Ərdoğanın Kazan sammitindəki iştirakı ilə əlaqəli olması fikirlərinə də münasib bildirib:

"Dövlət Bağçalının çıxışı və Ərdoğanın da bu fikirləri dəstəkləməsi TUSAŞ terroru ilə nəticələndi. Düşünmürəm ki, bu hadisə BRICS-lə bağlıdır. Türkiyə Şərq ölkələr ilə, Rusiya ilə ciddi əməkdaşlıq edir. Türkiyənin BRICS-ə üzvlük məsələsi də donduruldu. Sadəcə olaraq Türkiyə 40 ildir davam edən terrora son qoymaq istəyir. Bu da terror aktı ilə nəticələndi. Terror təşkilatı arasında silahı yerə qoymayan, prosesi sabotaj edən qüvvələr var. Xarici dairələr arasında da terroru dəstəkləyənlər var. Düşünmürəm ki, bu hadisənin arxasında Qərb dayanır".

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top