Dövlət Əmək Müfəttişliyi bu şirkətdən armudu stəkan alır — Qiyməti açıqlandı

GÜNDƏM 24 oktyabr 2024, 22:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Demokrat.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Əmək Müfəttişliyi tender müsabiqəsinin qalibi olan “GUYS” MMC-dən (VÖEN – 3003248291) hədiyyələr alacaq və qarşılığında 3 min 789 manat 50 qəpik ödəyəcək.

Qeyd edək ki, satın alınacaq hədiyyələr aşağıdakılar olacaq:

Şərf-Çitmə (İpək şərf, saçaqsız) – 15 ədəd
Stəkan nəlbəki (armudu) – 20 ədəd
Şərf qutusu – 15 ədəd
Şərf paketi – 15 ədəd
Suvenir (Tar kaman) – 10 ədəd
Hədiyyəlik karton çanta – 30 ədəd

Məlumat üçün bildirək ki, “GUYS” MMC-nin qanuni təmsilçisi Quliyev Mübariz Həbib oğlu eyni zamanda “Gəncliyə Dəstək üçün Ümumi Birlik” İctimai Birliyinin (“GUYS” Təşkilatı) sədri olub. “GUYS” təşkilatı daha çox tədbirlə və təlimlərin keçirilməsilə məşğul olub. “GUYS” MMC-nin də daha əvvəl qalib gəldiyi tender müsabiqələri təlimlərin keçirilməsilə bağlı olub. “GUYS” MMC-nin qanuni təmsilçisi olan Mübariz Quliyev isə özünün sosial şəbəkə hesabında “Bakubus” MMC-dən Keyfiyyətin təminatı şöbəsinin müdiri vəzifəsində işlədiyini yazıb.

Onu da bildirək ki, Əmək Müfəttişliyinə hədiyyələr satacaq “GUYS” MMC-nin dövlətr büdcəsinə vaxtında ödənilməyən 410 manat vergi borcu var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top