Elgiz Xalq artisti ilə davasından danışdı

ŞOU-BİZNES 27 iyun 2025, 21:26
"Efir öncəsi xanım Xalq artisti mənə zəng etdi ki, gəl, səninlə işim var. Efirə də 2 saat qalmışdı. Getdim onlara. Adını çəkməyəcəyəm. Çay içəndə ehtiyatsızlıq etdim, mürəbbə üstümə töküldü. Ərinin köynəyini gətirdi. Efirə o geyimdə çıxdım. Üstündən 3 ay keçdi. Məclislərin birində məndən söhbət düşəndə həmin Xalq artisti deyib ki, Elgiz mənim geyimlərimlə efirə çıxıb".

Demokrat.az
axşam-a istinadla xəbər verir ki, bunu "Elgizlə izlə" verilişinin aparıcısı deyib.

O, Nadir Qafarzadənin ona etdiyi yardımdan danışıb:

"Mənə Nadir Qafarzadə 5 kostyum verib. Hələ efirlərə təzə çıxırdım. Dedi ki, qarderobumda qəşəng kostyumlarım var, sənə hədiyyə edim. Onları sevə-sevə geyindim. Heç kim də bilmədi ki, bunlar Nadirindir. Nə oldu, zərləri töküldü? Gözünüzdən düşdüm?!"

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top