İyulun 22-dən etibarən yalnız 16 yaşı tamam olan və daha yuxarı istifadəçilər "YouTube"da canlı yayım funksiyasından istifadə edə biləcək.
Demokrat.az xəbər verir ki, Bu barədə videoplatformanın yenilənmiş qaydalarında deyilir.
13-15 yaşlı uşaqlara yalnız böyüklərin iştirakı ilə yayım açmağa icazə veriləcək.
Böyüklər olmadan yayıma davam edən 16 yaşdan kiçik istifadəçilərin söhbəti deaktiv edilə və digər funksiyalara giriş müvəqqəti olaraq ləğv edilə bilər.
Videohostinq xidməti qaydaları pozan yayımları siləcək və kanalda canlı yayımları qadağan ediləcək. Bu, son nəticədə hesabın bağlanmasına səbəb olacaq. /axşam.az