Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı — FOTO

DÜNYA 27 iyun 2025, 22:45
II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Demokrat.az xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.

O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirak edib və itkin düşmüş əsgər kimi qeydə alınıb.

2025-ci ilin fevral ayında Rusiyanın "Krasnoarmeets" adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardıqları ekspedisiya zamanı səngərdə bir-birindən təxminən bir metr aralıda dörd sovet əsgərinin qalıqlarını aşkarlayıb. Onlardan birinin şəxsiyyətini müəyyənləşdirmək isə onunla birlikdə tapılan, üzərində "M.F.Xudaverdiyev" baş hərfləri və soyadı yazılmış metal qaşıq sayəsində mümkün olub.

Sonrakı arxiv araşdırmaları nəticəsində məlum olub ki, bu şəxs 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevdir. O, 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılmış və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak etmişdi.

Məmməd Xudaverdiyev 1943-cü il iyunun 1-də Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda aparılan döyüşlərdə itkin düşmüş hesab olunurdu.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top