"Qlobal iqtisadiyyatda insanların hərəkətini və mal dövriyyəsini təmin edən logistik xətlərin əhəmiyyəti günü-gündən artır".
Demokrat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən Qlobal Nəqliyyat Dəhlizləri Forumunda deyib.
Ərdoğan çıxışı zamanı nəqliyyat, məşğulluq və iqtisadiyyatla bağlı mühüm açıqlamalar verib.
"Bölgəmizdəki son dövrdə yaşanan gərginliklər, Hörmüz boğazında və hava məkanında ortaya çıxan qeyri-müəyyənliklər bizə yeni və təhlükəsiz nəqliyyat yollarının nə qədər dəyərli olduğunu bir daha xatırlatdı", - deyə o bildirib.
"Tarixdə olduğu kimi, bu gün də nəqliyyat imkanlarını inkişaf etdirən ölkələr öz cəmiyyətlərinin rifahına töhfə verməklə yanaşı, həmçinin mədəni və elmi inkişaf istiqamətində də irəliləyişlər əldə edirlər. Türkiyənin xüsusilə son 22 ildir quru, hava və dəniz yolları ilə yanaşı rabitə və enerji xətlərinə etdiyi böyük investisiyaların arxasında duran ən əsas motivasiya da bu yanaşmadır.
Yol mədəniyyətdir dedik və bu sahədə həqiqətən də böyük investisiya səfərbərliyinə başladıq", - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib. /Oxu.az