Əqli qüsurlu uşağı döyən şəxs həbs edildi

DÜNYA 27 iyun 2025, 15:00
İstanbulun Qaziosmanpaşa rayonunda 13 yaşlı əqli qüsurlu uşağın küçənin ortasında döyülməsi ilə bağlı görüntülər sosial mediada yayılıb.

Musavat.com xəbər verir ki, araşdırmalar nəticəsində uşağın tanımadığı bir qadına təsadüfən toxunduğu, daha sonra qadının yanındakı şəxs — 24 yaşlı S.K. tərəfindən vəhşicəsinə döyüldüyü müəyyən edilib.

Şübhəli polis tərəfindən saxlanılıb və “qəsdən yaralama” ittihamı ilə çıxarıldığı məhkəmə tərəfindən həbs olunaraq həbsxanaya göndərilib.

Hadisə anı təhlükəsizlik kameralarına düşüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top